Malayziyada tələbələri daşıyan avtobus qəzaya uğrayıb - Ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Malayziyada tələbələri daşıyan avtobus qəzaya uğrayıb - Ölənlər var

10:25 - 09 / 06 / 2025
Malayziyada tələbələri daşıyan avtobus qəzaya uğrayıb - Ölənlər var

Malayziyanın Gerik şəhərində tələbələri daşıyan avtobusun digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində faciəvi qəza baş verib. Hadisə nəticəsində azı 15 nəfər həyatını itirib, 33 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1news.az xarici KİV-ə istinadla xəbər verir ki, avtobus magistral yolda hərəkətdə olarkən digər avtomobillə toqquşub və aşıb. Nəqliyyat vasitəsində 43-ü tələbə olmaqla ümumilikdə 48 nəfər olub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparı

lır.

Paylaş:
252

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər