Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda BMT sədrliyini Meksikaya təhvil verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda BMT sədrliyini Meksikaya təhvil verib

Faiqə Məmmədova17:40 - 22 / 05 / 2026
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda BMT sədrliyini Meksikaya təhvil verib

Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti Ümumdünya Şəhərsalma Forumuna (WUF) sədrliyi Azərbaycandan Meksikaya təhvil verilib.

1news.az xəbər verir ki, sədrliyin Azərbaycandan Meksikaya ötürülməsi bu gün Bakıda WUF13-ün rəsmi bağlanış mərasimi çərçivəsində baş tutub.

Beləliklə, Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyası (WUF14) 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) başa çatıb.

Paylaş:
324

Son xəbərlər

Yasamalda “CHANGAN” yanıb

03 / 06 / 2026, 15:40
Bütün xəbərlər