“McDonald's Azərbaycan” şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“McDonald's Azərbaycan” şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO

10:35 - 01 / 06 / 2026
“McDonald's Azərbaycan” şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO

“McDonald's Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu (DSMF) şəhid və qazi ailələrinin uşaqları üçün təşkil olunan birgə tədbirilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü yenidən birlikdə qeyd ediblər.

“McDonald's”ın Şüvəlan qəsəbəsində yerleşən restoranında 50-dən çox uşaq bir araya gəlib. Qonaqlar üçün nahar, oyunlar və bayram proqramı təşkil olunub, gün isə uşaq əyləncə mərkəzinə səfər və hədiyyələrin təqdim edilməsi ilə yekunlaşb.

Tədbir “McDonald's” Azərbaycan və DSMF arasında 2024-cü ilin fevral ayında imzalanmış memorandumla rəsmiləşdirilən əməkdaşlıq çərçivəsində keçirilib. Bu müdəət ərzində tərəflər şəhid ailələrindən olan birinci sinif şagirdlərinin məktəb ləvazimatları ilə təmin edilməsindən beynəlxalq fənn olimpiadalarının iştirakçılarının dəstəklənməsinə, yay istirahətinin təşkili, uşaqların beynəlxalq idman yarışlarında iştirakına və müxtəlif tarix və hadisələrə həsr olunan bayram tədbirinin keçirilməsinə qədər bir sıra sosial və təhsil yönümlü təşəbbüslər həyata keçiriblər.

Bayram, təhsil və sosial layihələr şəhid və qazi ailələrinin uşaqlarına dəstəyə yönəlmiş “McDonald's Azərbaycan” və DSMF-in birgə təşəbbüslərinin vacib hissəsi olaraq qalmaqda davam edir.

Paylaş:
747

Son xəbərlər

Yasamalda “CHANGAN” yanıb

03 / 06 / 2026, 15:40
Bütün xəbərlər