Milli Məclisin növbədənkənar sessiyası çağırıldı - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin növbədənkənar sessiyası çağırıldı - SƏRƏNCAM

Qafar Ağayev16:09 - 01 / 06 / 2026
Milli Məclisin növbədənkənar sessiyası çağırıldı - SƏRƏNCAM

Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Qeyd edilib ki, Milli Məclisin sədri Sahibə Qafarova 82 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2026-cı il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Paylaş:
235

Son xəbərlər

Yasamalda “CHANGAN” yanıb

03 / 06 / 2026, 15:40
Bütün xəbərlər