Federasiyanın icraçı direktoru: Amritsar hadisələri genosid meyarlarına uyğun qiymətləndirilməlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Federasiyanın icraçı direktoru: Amritsar hadisələri genosid meyarlarına uyğun qiymətləndirilməlidir

Qafar Ağayev11:12 - 03 / 06 / 2026
Federasiyanın icraçı direktoru: Amritsar hadisələri genosid meyarlarına uyğun qiymətləndirilməlidir

“1948-ci il BMT Genosid Konvensiyasına əsasən, bir əməlin genosid kimi qiymətləndirilməsi üçün əsas şərt onun müəyyən etnik və ya dini qrupu qəsdən, tam və ya qismən məhv etmək niyyəti ilə törədilməsidir”.

1news.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Siqh Federasiyasının icraçı direktoru Dabindercit Sinqh Sidhu Bakıda Amritsar hadisələrinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, siqhlər beynəlxalq hüquq çərçivəsində Genosid Konvensiyası ilə qorunan xüsusi etnik və dini qrup kimi tanınır.

Onun sözlərinə görə, 1984-cü ilin iyununda Amritsarda baş verən hadisələrin genosid olub-olmamasının qiymətləndirilməsində üç əsas meyar nəzərə alınır: siqhlərin öldürülməsi, onlara ciddi fiziki və ya psixoloji zərərin vurulması, həmçinin onların məhvinə səbəb ola biləcək həyat şəraitinin qəsdən yaradılması.

“Hindistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmədiyindən, məsələni Genosid Konvensiyasını ratifikasiya etmiş dövlətlərin milli məhkəmələrində qaldırmaq mümkündür”, – deyə o bildirib.

Paylaş:
171

Son xəbərlər

Yasamalda “CHANGAN” yanıb

03 / 06 / 2026, 15:40
Bütün xəbərlər