Ağdaşda avtomobil qəzası olub, ölən və xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda avtomobil qəzası olub, ölən və xəsarət alan var

First News Media12:41 - 03 / 06 / 2026
Ağdaşda avtomobil qəzası olub, ölən və xəsarət alan var

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri evə buraxılıb.

1news.az xəbər verir ki, bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumatda vurğulanıb ki, iyunun 3-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə avtoqəzada xəsarət alan iki nəfər hospitalizasiya olunub:

"Vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsə komatoz vəziyyət, qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travmaları, müxtəlif nahiyələrin sınıqları və kəsilmiş yara diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Yüngül xəsarətlər alan 2005-ci il təvəllüdlü şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb".

Paylaş:
130

Son xəbərlər

Yasamalda “CHANGAN” yanıb

03 / 06 / 2026, 15:40
Bütün xəbərlər