Donetskdə sərnişin avtobusu PUA hücumuna məruz qalıb: ölən və yaralananlar var
Rusiyanın nəzarətində olan Donetsk bölgəsində bu gün səhər saatlarında sərnişin avtobusuna pilotsuz uçuş aparatının (PUA) zərbə endirməsi nəticəsində 7 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya tərəfinin məlumatına görə, avtobus Moskva ilə Rusiyanın nəzarətində olan Krımın Simferopol şəhəri arasında hərəkət edərkən hücuma məruz qalıb. Hadisə ilə bağlı Ukrayna tərəfi hələlik rəsmi açıqlama verməyib.
Donetskdə Rusiyanın təyin etdiyi rəhbər Denis Pushilin hücumda Ukraynanı ittiham edərək, hadisəni mülki şəxslərə qarşı həyata keçirilən ağır hücum kimi qiymətləndirib.
Bu arada Rusiya rəsmiləri bildiriblər ki, gecə saatlarında Ukraynaya məxsus çoxsaylı pilotsuz uçuş aparatları Belqrad, Kursk və digər qərb bölgələri, həmçinin Moskva ətrafı və Azov dənizi üzərində zərərsizləşdirilib. Məlumata görə, ümumilikdə 350 Ukrayna PUA-sı məhv edilib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ildən davam edir və tərəflər arasında qarşılıqlı hücumlar hələ də səngiməyib.











