Səfir: “TDT dialoq kanallarını genişləndirmə platformasıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfir: “TDT dialoq kanallarını genişləndirmə platformasıdır”

Qafar Ağayev16:51 - 03 / 05 / 2025
Səfir: “TDT dialoq kanallarını genişləndirmə platformasıdır”

“Türk ziyalısı İsmayıl Qaspıralının dildə, fikirdə, əməldə birlik şüarı bu gün türklərə yol göstərən bir fikirdir”.

1news.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında deyib.

“Türk Dövlətləri Təşkilatı (TDT) təkcə regional bir təşkilat deyil, həm də strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir. Türk Dövlətləri Təşkilatı enerji təhlükəsizliyindən rəqəmsallaşmaya, qlobal transformasiyaya qədər bir sıra sahələrdə əməkdaşlığı özündə ehtiva edir. TDT dialoq kanallarını genişləndirmə platformasıdır. Türkiyə olaraq biz türk dünyası regionunda sülh və sabitliyi dəstəkləyirik. Bununla yanaşı, media, mədəniyyət və incəsənət sahəsində türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsini təşviq edirik” .

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər