Agentlik: 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik: 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır

Qafar Ağayev17:28 - Bu gün
Agentlik: 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır

Mayın 18-19-da ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində monitorinq təşkil olunacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a bildirilib ki, bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Belə ki, monitorinqin sınaq mərhələsi aprelin 12-13-də ilk dəfə olaraq kompüter əsaslı formatda təşkil olunub və uğurla həyata keçirilib. Sınaq monitorinqinə hər sinifdən olmaqla, ümumilikdə 900-dək şagird cəlb edilib.

Bununla yanaşı, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır.

Qeyd edək ki, monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdir.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər