Bu ilin 4 ayında istehlakçılara qaytarılan ƏDV məbləği açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin 4 ayında istehlakçılara qaytarılan ƏDV məbləği açıqlanıb

Qafar Ağayev11:32 - Bu gün
Bu ilin 4 ayında istehlakçılara qaytarılan ƏDV məbləği açıqlanıb

2025-ci ilin yanvar-aprel ayları ərzində “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara 55 milyon 968 min manatdan çox ƏDV geri qaytarılıb.

Bu barədə 1news.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin fiziki şəxs olan istehlakçılara “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-aprel aylarında 10 milyon 742 min manatdan çox təşkil edib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər