AZAL: “Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL: “Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir”

14:22 - Bu gün
AZAL: “Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir”

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün Azərbaycan Hava Yollarının (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

1news.az xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb.

Bildirilib ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər