İki azyaşlı Ermənistan sakini azaraq Azərbaycan ərazisinə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

İki azyaşlı Ermənistan sakini azaraq Azərbaycan ərazisinə keçib

14:07 - 06 / 06 / 2025
İki azyaşlı Ermənistan sakini azaraq Azərbaycan ərazisinə keçib

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.

Ermənistan MTX ehtimal edir ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.

Məlumatda gənclərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması üçün lazımı tədbirlərin görüldüyü bildirilib.

Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər