Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO

Qafar Ağayev17:38 - 13 / 06 / 2025
Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü İlqar Əliyev dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
155

Son xəbərlər

Bütün xəbərlər