Ötən beş ayda 22 mindən çox şəxsə əlillik təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən beş ayda 22 mindən çox şəxsə əlillik təyin olunub

Qafar Ağayev11:47 - 13 / 06 / 2025
Ötən beş ayda 22 mindən çox şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may ayları ərzində 22 min 200 şəxsə əlillik təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, onlardan 9 min 400 şəxsə ilkin, 12 min 800 şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər