50 mindən çox insanın qatıldığı ölkənin ən böyük gözəllik festivalı Olifest uğurla başa çatdı! – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

50 mindən çox insanın qatıldığı ölkənin ən böyük gözəllik festivalı Olifest uğurla başa çatdı! – FOTO - VİDEO

12:33 - 13 / 06 / 2025
50 mindən çox insanın qatıldığı ölkənin ən böyük gözəllik festivalı Olifest uğurla başa çatdı! – FOTO - VİDEO

8 iyun tarixində Bakı Bulvarı gözəllik, enerji və əyləncə ilə dolu bir gün yaşadı!

“Olivia” mağazalar şəbəkəsinin təşkilatçılığı ilə baş tutan Olifest festivalı öz zəngin proqramı və unudulmaz atmosferi ilə yadda qaldı.

Ziyarətçilər “Olivia”nın təqdim etdiyi məşhur və eksklüziv brendlərlə tanış olmaq, məhsulları yerində test etmək və fərdi məsləhətlər almaq fürsəti qazandılar. Aktivliklərlə dolu stendlər, rəngarəng fotozonalar, xatirə divarı, maraqlı face art dizaynları və xodulistlərin şousu festivala tam əyləncə havası bəxş etdi.

Tədbirin maarifləndirici hissəsində isə gözəllik, baxım və astrologiya mövzularında çıxış edən spikerlər böyük maraqla qarşılandı. Və əlbəttə, gecənin ən gözlənilən anı – Aygün Kazımovanın möhtəşəm konserti baş tutdu.

Bu möhtəşəm gündə Urban Care, Ucla, Golden Rose, Belor Design, Celenes, Medipeel, Ninelle, The Purest Solutions, Frudia, Mizon və FarmStay kimi brendlər xüsusi tərəfdaşlar olaraq festivalın uğuruna töhfə verdilər. Festivalda ümumilikdə onlarla brend iştirak edərək ziyarətçilərlə birbaşa ünsiyyət qurdu.

Reklam hüququnda

Paylaş:
191

Son xəbərlər

Bütün xəbərlər