Xamenei: “İsrail bu hücumları ilə özünə acı bir son hazırladı” | 1news.az | Xəbərlər
Dünya

Xamenei: “İsrail bu hücumları ilə özünə acı bir son hazırladı”

Qafar Ağayev09:16 - 13 / 06 / 2025
Xamenei: “İsrail bu hücumları ilə özünə acı bir son hazırladı”

“İsrail bu hücumları ilə özünə acı bir son hazırladı”.

1news.az xəbər verir ki, bunu İranın ali rəhbəri Ayətullah Əli Xamenei İsrailin İrana hücümundan sonra ilk açıqlamasınında deyib.

O, İsrailin hücumları nəticəsində bir sıra hərbi komandanın və alimlərin həyatını itirdiyini təsdiqləyib və bu addımın cavabsız qalmayacağını bəyan edib.

Bu hərəkətlərinin qarşılığını mütləq alacaqlar”, – deyə Xamenei bildirib.

Qeyd edək ki, ötən gecə İsrail Ordusu İranın nüvə obyektlərini hədəf alıb. İsrailin hücumları nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri , slam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami, Xatəmül-Ənbiya qərargahının komandiri general-mayor Qulaməli Rəşid, İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani ölüb.

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər