Londonda sərnişin təyyarəsində meyit tapıldı | 1news.az | Xəbərlər
Dünya

Londonda sərnişin təyyarəsində meyit tapıldı

First News Media09:00 - Bu gün
Londonda sərnişin təyyarəsində meyit tapıldı

Böyük Britaniyanın paytaxtı Londonda hava limanı əməkdaşları "Air Arabia" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin şassi dayağında meyit aşkar ediblər.

1news.az BBC-yə istinadən xəbər verir ki, həyat əlamətləri olmayan kişi iyunun 16-da Mərakeşdən gələn təyyarənin Londonun Qetvik hava limanına enməsindən sonra tapılıb.
Hava limanının nümayəndəsi məlumatı təsdiqləyib və bildirib ki, əməkdaşlar araşdırmanın aparılması üçün polisə dəstək göstərirlər.

İlkin məlumata görə, şəxs Böyük Britaniyaya çatmaq məqsədilə təyyarəyə biletsiz daxil olub və yük bölməsində gizlənməyə çalışıb.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər