Culfada hərbçi dəm qazından öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Culfada hərbçi dəm qazından öldü

First News Media10:11 - Bu gün
Culfada hərbçi dəm qazından öldü

Naxçıvanda hərbçi bədbəxt hadisə nəticəsində vəfat edib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Culfa rayonunda baş verib.

Rayon sakini 37 yaşlı Səməndər Tağıyev yaşadığı evdə dəm qazından boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb, Səməndərin hərbçi olduğu qeyd edilib. Mərhumun iki azyaşlı qızı var.
 
 

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər