Göygöldə mikroavtobus aşdı, yaralılar var
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
1news.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "QAZel" markalı mikroavtobus qəfil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində xəsarət alan 4 sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
105












