Piyada keçidlərindən istifadə həyati vacibdir – NİİM xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Piyada keçidlərindən istifadə həyati vacibdir – NİİM xəbərdarlıq etdi

Qafar Ağayev11:26 - Bu gün
Piyada keçidlərindən istifadə həyati vacibdir – NİİM xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edib.

1news.az xəbər verir ki, qurumun müraciətində bildirib ki, yolun hərəkət hissəsindən keçmək həyat üçün ciddi təhlükə yaradır və belə halların qarşısını almaq üçün mütləq qaydalara əməl olunmalıdır.

Müraciətdə qeyd olunur ki, piyadalar yalnız nəzərdə tutulmuş keçidlərdən istifadə etməklə təhlükəsiz şəkildə təyinat nöqtələrinə çata bilərlər. Sürücülərə də çağırış edilərək bildirilib ki, yolda diqqətli olmaq və sürət həddinə riayət etmək vacibdir. Xüsusilə çoxzolaqlı yollarda qaydalara əməl etməyən piyadaları vaxtında görmək və mümkün qəzaların qarşısını almaq üçün daha diqqətli davranmaq tövsiyə olunur.

Paylaş:
112

Son xəbərlər

Bütün xəbərlər