Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətinə qaytarılıb
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya yollanıb.
1news.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
25 yaşlı cinah müdafiəçisi komandanın Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün səfərə çıxan futbolçular arasında yer alıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.
78










