Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana gəlir

Qafar Ağayev14:28 - Bu gün
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. 

1news.az xəbər verir ki, səfər 23-24 iyun tarixlərini əhatə edəcək.  

N.Kurtulmuşun Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək konfransda müxtəlif mövzular barədə çıxış edəcəyi gözlənilir.

O həmçinin tədbirdə iştirak edəcək xarici həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək. 

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər