Xankəndi stadionunda təmir-bərpa işləri aparılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndi stadionunda təmir-bərpa işləri aparılır - FOTO

Qafar Ağayev13:14 - 07 / 05 / 2025
Xankəndi stadionunda təmir-bərpa işləri aparılır - FOTO

Xankəndi şəhər stadionu yenidən qurulur.

1news.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilir ki, III MDB Oyunlarına hazırlıq prosesi ərəfəsində işlər daha da intensivləşib.

Stadionun tikintisinin bu ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Ümumiyyətlə, 15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Sovet dövründə Ağdamın "Qarabağ" klubu ev oyunlarını bu stadionda keçirib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub. Eyni zamanda, layihəyə əsasən, stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.

Paylaş:
116

Son xəbərlər

Bütün xəbərlər