Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı xəbərdarlıq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı xəbərdarlıq edilib

Qafar Ağayev16:15 - 07 / 05 / 2025
Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı xəbərdarlıq edilib

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər