Azərbaycan dili imtahanının ikinci cəhdinə qeydiyyat tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan dili imtahanının ikinci cəhdinə qeydiyyat tarixi açıqlanıb

Qafar Ağayev15:17 - 07 / 05 / 2025
Azərbaycan dili imtahanının ikinci cəhdinə qeydiyyat tarixi açıqlanıb

Azərbaycan dili (dövlət dili) imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat tarixi açıqlanıb.

Bu barədə 1news.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, 22 may-10 iyun tarixlərində Azərbaycan dili (dövlət dili) ikinci cəhdində iştirak etmək istəyən şəxslər DİM-in saytında qeydiyyatdan keçə bilərlər.

İmtahan iyulun 29-u baş tutacaq.

Qeyd edək ki, Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahanın birinci cəhdi mayın 4-də keçirilib.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər