Azərbaycan və Türkiyə ombudsmanları birgə əməkdaşlığı müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Türkiyə ombudsmanları birgə əməkdaşlığı müzakirə edib

Qafar Ağayev17:04 - 18 / 06 / 2025
Azərbaycan və Türkiyə ombudsmanları birgə əməkdaşlığı müzakirə edib

Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib.

Bu barədə 1news.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkənin ombudsman təsisatları arasında insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mövcud olan sıx əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, gələcək əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş:
196

Son xəbərlər

Bütün xəbərlər