Qobustan Rayon Mərkəzi Xəstəxanasında​​​​​​​ 100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobustan Rayon Mərkəzi Xəstəxanasında​​​​​​​ 100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib

Ayşən Salehli11:11 - Bu gün
Qobustan Rayon Mərkəzi Xəstəxanasında​​​​​​​ 100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib

“Ən mühüm dəyişikliklərdən biri Qobustan Rayon Mərkəzi Xəstəxanasında artıq xəstəxanada ginekoloji (o cümlədən qeysəriyyə), LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatların icrası ilə bağlıdır”.

1news.az-ın xəbərinə görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova Qobustan Rayon Mərkəzi xəstəxanasına təşkil olunmuş mediaturda deyib.

“İcbari tibbi sığortanın tətbiqindən sonra Qobustan RMX-da daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib. Son bir il yarımda artıq 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib ki, bu da regionda tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir. Bundan əlavə, icbari tibbi sığortanın tətbiqi ilə xəstəxananın strukturunda yeni şöbələr yaradılıb. Yeni yaradılan Fizioterapiya şöbəsində ötən ildən bu günə qədər 12 minə yaxın fizioterapevtik xidmət göstərilib ki, bu da xüsusilə reabilitasiyaya ehtiyacı olan pasiyentlər üçün mühüm əhəmiyyət daşıyır”.

Paylaş:
145

Son xəbərlər

Bütün xəbərlər