Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək FƏRMAN

14:14 - Bu gün
Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək FƏRMAN

Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt Dövləti Hökumətinə bildiriş göndərəcək.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər