Külək əsəcək, rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Külək əsəcək, rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

17:22 - Bu gün
Külək əsəcək, rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər