Maliyyə Nazirliyi növbəti depozit hərracını keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Maliyyə Nazirliyi növbəti depozit hərracını keçirib

Qafar Ağayev17:52 - Bu gün
Maliyyə Nazirliyi növbəti depozit hərracını keçirib

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Bu barədə 1news.az nazirliyə istinadən xəbər verir.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər